...

Serj Sarkisyan: Seçici siyahısına daxil edilmək hələ seçkilərdə iştirak etmək mənasına gəlmir

Siyasət Materials 10 Aprel 2012 20:08 (UTC +04:00)
Tsaxkadzorda tələbələrlə keçirilən görüşdə Ermənistan Prezidenti Serj Sarkisyan bildirib ki, seçici siyahısına daxil edilmək hələ seçkilərdə iştirak etmək mənasına gəlmir.
Serj Sarkisyan: Seçici siyahısına daxil edilmək hələ seçkilərdə iştirak etmək mənasına gəlmir

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Tsaxkadzorda tələbələrlə keçirilən görüşdə Ermənistan Prezidenti Serj Sarkisyan bildirib ki, seçici siyahısına daxil edilmək hələ seçkilərdə iştirak etmək mənasına gəlmir.

Tələbələrdən biri xaricə iş dalınca gedən vətəndaşların sayının eyni qaldığı halda, seçici siyahısına daxil edilən vətəndaşların sayının artması məsələsi ilə maraqlanıb. Sarkisyan cavab verib ki, ölkədə olmamaq vətəndaşın siyahıdan çıxarılmasına əsas vermir və siyahının artmasının səbəbi də bundadır. Bu barədə Trend çərşənbə axşamı Ermənistan KİV-ə istinadən məlumat verir.

"Seçici siyahısına daxil edilmək hələ seçkilərdə iştirak etmək mənasına gəlmir. Hesab edirəm ki, qərəzli danışan hər kəs seçkilərədək dözə və nəticələri görə bilər. Biz etimad ab-havası yaratmaq üçün misilsiz addımlar atdıq, seçici siyahılarını internetdə yerləşdirdik. Ermənistanın və digər ölkələrin hər bir vətəndaşı seçici siyahısını əldə edə bilər", - Sarkisyan cavab verib və əlavə edib ki, bu barədə fikri olan hər bir şəxs bu siyahıları əldə etsin, onları yaxşılaşdırmaq, dəqiqləşdirmək üçün kömək etsin və seçkilərə yaxşılaşdırılmış siyahıları təqdim etsinlər.

Ermənistan polisinin Pasport-viza idarəsinin məlumatına görə, Ermənistanın seçki məntəqəsində hazırda 2 milyon 485 min 844 seçici qeydiyyata alınıb. Bununla yanaşı, cari seçki siyahısına daxil edilən seçicilərin sayı 2008-ci ildə keçirilən prezident seçkilərində tərtib edilən seçki siyahıları ilə müqayisədə 359 min 614 nəfər artıb. Seçkilərdə iştirak edən bir çox siyasi qüvvələr ölkədə daimi olmayan vətəndaşların seçici siyahısına daxil edilməsi əlaqədar narahatlığını ifadə edib. Onlar bunu hakimiyyətin qarşıdakı seçkilərdə saxtalaşdırma üçün əsas resursu hesab edirlər.

Cari ilin yanvar-mart aylarında hava yolu ilə Ermənistana 143 min 998 nəfər gəlib, ölkədən isə 172 min 580 nəfər çıxıb. Mənfi saldo 28 min 582 nəfər təşkil edib.

Xəbər lenti

Xəbər lenti