...

Prezident İlham Əliyev Litvanın keçmiş dövlət başçısı, Avropa Parlamentinin üzvü Vitautas Landsbergisi qəbul edib

Siyasət Materials 14 Aprel 2012 12:10 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Litva Respublikasının keçmiş dövlət başçısı, Litva Seyminin keçmiş sədri, Avropa Parlamentinin üzvü Vitautas Landsbergisi qəbul etmişdir.
Prezident İlham Əliyev Litvanın keçmiş dövlət başçısı, Avropa Parlamentinin üzvü Vitautas Landsbergisi qəbul edib

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Litva Respublikasının keçmiş dövlət başçısı, Litva Seyminin keçmiş sədri, Avropa Parlamentinin üzvü Vitautas Landsbergisi qəbul etmişdir.

Görüşdə ölkəmizin Avropa Şurasına üzv seçilərkən Vitautas Landsbergisin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi məmnunluqla xatırlandı. Müstəqillikdən sonrakı ötən dövr ərzində Azərbaycanda bütün sahələrdə böyük dəyişikliklərin baş verdiyi vurğulandı.

Görüşdə, həmçinin Azərbaycan ilə Avropa Parlamenti arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti