...

Almaniya mətbuatında Azərbaycan haqqında məqalə dərc olunub

Siyasət Materials 25 Aprel 2012 16:57 (UTC +04:00)
Almaniya mətbuatında Azərbaycan haqqında məqalə dərc olunub.
Almaniya mətbuatında Azərbaycan haqqında məqalə dərc olunub

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/

Almaniya mətbuatında Azərbaycan haqqında məqalə dərc olunub.

Trend-in məlumatına görə, Almaniyanın "Bild am Sonntag" qəzetinin 15.04.2012-ci il tarixli sayında dərc olunmuş "Bakıya mahnı oxuyuruq" adlı məqalədə Bakı şəhəri və bütövlükdə Azərbaycanın çox maraqlı tərzdə turistik təsviri verilir.

Məqalədə əvvəlcə Azərbaycanın coğrafi mövqeyi haqqında məlumat verilir. Siyasi nöqteyi-nəzərdən isə ölkənin müxtəlif sivilizasiyalar arasında keçid olduğu, Avropa Şurasının üzvü olmaqla bərabər, qonşu İranla da yaxşı münasibətlər saxladığı qeyd olunur.

Coğrafi ölçüsünə görə Avstriya ilə müqayisə olunan Azərbaycanda təhsilsiz əhalinin sayı Avstriyadan daha azdır. Buna Azərbaycanda böyük əhəmiyyət verilir.

Daha sonra Bakı şəhəri "ekstravaqant və dəbdəbəli şəhər" adlandırılır və şəhərin turistlər üçün cazibədar xüsusiyyətləri sadalanır. 2010-cu ildə təmir olunmuş "Fəvvarələr meydanı" xüsusi olaraq vurğulanır.

Qeyd olunur ki, Bakı bir az Paris, bir az Dubay, bir az da Moskvaya bənzəyir. İçərişəhər və Qız Qalası kimi tarixi abidələrin təmir olunduğu, təkcə keçən il beş beşulduzlu mehmanxananın açıldığı, çoxlu göydələnlərin tikildiyi barədə məlumat verilir.

Daha sonra məqalədə Azərbaycandakı inkişafın neft və qaz gəlirləri hesabına maliyyələşdirildiyi qeyd olunur və Azərbaycanda neft sənayesinin inkişaf tarixindən maraqlı faktlar sadalanır.

Məqalədə qeyd olunur ki, dünyada ilk dəfə qazma üsulu ilə neft 1848-ci ildə Azərbaycan sahillərində çıxarılıb. Azərbaycan 1900-cu ildə dünyanın ən böyük neft istehsalçısı idi.

Xəbər lenti

Xəbər lenti