...

Prezident Atambayev: Qırğızıstan Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir

Siyasət Materials 30 Aprel 2012 18:49 (UTC +04:00)
Qırğızıstan rəhbərliyi Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir.
Prezident Atambayev: Qırğızıstan Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir V.Javoronkova/

Qırğızıstan rəhbərliyi Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Trend-in Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi bu ölkənin Prezidenti Almazbek Atambayev Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşərkən bildirib.

Azərbaycan nümayəndə heyəti Qırğızıstan-Azərbaycan hökumətlərarası komissiyasının birinci iclasında iştirak etmək üçün Qırğızıstana gəlib.

Atambayev nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycana rəsmi səfəri zamanı əldə edilən razılaşmaların həyata keçirilməsi üçün təkan lazım idi.

"Şadam ki, sizin gəlişinizlə tarix və müddətlə bağlı konkret qərarlar qəbul edilib", - Qırğızıstan Prezidenti vurğulayıb.

Görüş zamanı komissiyanın həmsədri Yaqub Eyyubov iki ölkənin prezidentləri arasında əldə edilən razılaşmalara uyğun olaraq keçirilən birinci iclas haqqında dövlət başçısını məlumatlandırıb.

"Prezident İlham Əliyev bütün birgə razılaşmaların yerinə yetirilməsi üçün qarşımıza tapşırıq qoyub. Bizim gələcək əməkdaşlığımızın çox böyük spektri var", - Eyyubov deyib.

Xəbər lenti

Xəbər lenti