Azərbaycan, Bakı, 4 may /Trend/
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın sədrliyi ilə cümə günü bu mötəbər qurumun Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası işə başlayıb. Bu barədə AzərTAc dövlət xəbər agentliyi məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasa sədrlik edir.
Xatırladaq ki, Azərbaycan 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Gərgin rəqabət şəraitində keçən mübarizədə Azərbaycana 155 ölkə səs verib.