Azərbaycan, Bakı, 8 may /Trend, müxbir M.Əliyev/
Xarici işlər naziri Elmar Məmmədyarov Özbəkistanın Azərbaycana yeni təyin olunmuş səfiri Şerzod Fayziyevi qəbul edib.
Trend-in XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, etimadnamələrinin surətini Məmmədyarova təqdim edən Fayziyev ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə təbriklərini çatdıran Özbəkistan səfiri Heydər Əliyevin Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında müstəsna rolunu vurğulayıb.
Məmmədyarov Özbəkistanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini qonağın diqqətinə çatdıraraq, ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirib.