...

Qazaxıstanda Heydər Əliyevin ad günü qeyd ediləcək

Siyasət Materials 8 May 2012 20:37 (UTC +04:00)
Mayın 10-da Astanadakı L.Qumilyov adına Avrasiya Milli Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü qeyd ediləcək.
Qazaxıstanda Heydər Əliyevin ad günü qeyd ediləcək

Qazaxıstan, Astana, 8 may /Trend, müxbir D.Muxtarov/

Mayın 10-da Astanadakı L.Qumilyov adına Avrasiya Milli Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü qeyd ediləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov bildirib.

"Asatanadakı L.Qumilyov adına Avrasiya Milli Universitetində Heydər Əliyevin ad günü qeyd ediləcək. Bu tədbir Azərbaycanın Astanadakı səfirliyinin təşəbbüsü ilə keçirilir", - Həşimov deyib.

Onun sözlərinə görə, tədbirdə Qazaxıstanın əsas ali məktəbinin tələbələri, professorlar, Astanadakı Azərbaycan diasporunun nümayəndələri, Məclisin deputatları, habelə "Azərbaycan-Qazaxıstan" Dostluq Assosiasiyasının üzvləri iştirak edəcəklər.

"Tədbir çərçivəsində, həmçinin Vaqif Mustafayevin Heydər Əliyevin Mixail Qorbaçovla münasibətləri əks olunan "Bir həsədin tarixi" sənədli filmi nümayiş etdiriləcək", - diplomat qeyd edib.

Xəbər lenti

Xəbər lenti