...

Ərdoğan: Türkiyə Suriyaya qarşı sanksiyaların genişləndirilməsi məsələsinə baxır

Siyasət Materials 30 May 2012 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Suriyaya qarşı sanksiyaların genişləndirilməsi məsələsinə baxır. Trend-in çərşənbə günü TRT Haber telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz Suriyadakı hadisələri izləyirik. Suriyaya qarşı genişləndirilmiş sanksiyalar paketi hazırlanır. Lakin bu, ölkədə zorakılığın davam edəcəyi halda tətbiq edilə bilər. Hələlik Ankara Suriya səfirinin ölkədən çıxarılması ilə kifayətlənib", - Ərdoğan bildirib.

Baş nazir qeyd edib ki, Ankara bundan sonra da Suriyadakı zorakılığın qarşısında susmayacaq.

"Hula qəsəbəsindəki 110 suriyalının ölümü unudulması mümkün olmayan vandalizm aktıdır", - o deyib.

Xəbər lenti

Xəbər lenti