...

Ariel Koen: ABŞ dövlət katibi Cənubi Qafqaz üzrə intensiv geosiyasi müzakirələrdə iştirak edəcək

Siyasət Materials 31 May 2012 12:30 (UTC +04:00)
ABŞ dövlət katibi Hillari Klinton Cənubi Qafqaza və Türkiyəyə səfəri zamanı intensiv geosiyasi müzakirələrdə iştirak edəcək.
Ariel Koen: ABŞ dövlət katibi Cənubi Qafqaz üzrə intensiv geosiyasi müzakirələrdə iştirak edəcək

Azərbaycan, Bakı, 31 may / Trend, müxbir E.Tariverdiyeva/

ABŞ dövlət katibi Hillari Klinton Cənubi Qafqaza və Türkiyəyə səfəri zamanı intensiv geosiyasi müzakirələrdə iştirak edəcək. Trend-in Ekspert Şurasının üzvü, Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti üzrə "İrs" Fondunun aparıcı eksperti Ariel Koen belə hesab edir.

"Klintonun Cənubi Qafqaz dövlətlərinin liderləri ilə görüşü Dağlıq Qarabağ nizamlanması prosesində yeni səylər üçün imkanlar açır. Klinton habelə Birləşmiş Ştatların Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləməlidir və Abxaziya və Cənubi Osetiyanın işğalını dayandırmağa çağırmalıdır", - cümə axşamı Ariel Koen deyib.

Koen bildirib ki, "təəssüf ki, Ermənistan və Azərbaycanın Vaşinqtonun 1996-cı il Lissabon bəyannaməsi və 2007-ci il Madrid prinsiplərinə əsaslanan "Azərbaycan ərazilərinin işğaldan azad olunmasını özündə ehtiva etməli olan" ədalətli nizamlanma çağırışlarını dinləyəcəyi az inandırıcıdır.

"Ən nəhayət, Bakı ilə Yerevan arasında gözəl münasibət qurmuş və hamiliyi altında prezidentlərin 10 görüşünün keçirildiyi Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin bir neçə illik vasitəçiliyi heç bir irəliləyişə gətirib çıxarmadı", - o deyib.

Ekspertin sözlərinə görə, dövlət katibinin Bakıya səfərinin daha bir prioriteti İranın daima ölkədə sabitliyi pozmaq cəhdləri ilə bağlı Azərbaycana və onun Prezidentinə dəstək ifadəsi olmalıdır.

Koen xatırladıb ki, bu yaxınlarda kütləvi informasiya vasitələri ABŞ hökumətinin İranın terrorçu qruplaşmalarının Bakıda yaşayan ABŞ və İsrail diplomatlarına, onların ailə üzvlərinə və başqa xarici vətəndaşlara qarşı sui-qəsd törətmək cəhdləri haqqında məruzəsini yayıblar.

Ekspertin sözlərinə görə, Bakıda dövlət katibinin Azərbaycanın xüsusi xidmət orqanlarının yenidən texniki silahlanmasının da daxil olduğu terrorizmlə mübarizə və Azərbaycana yardım proqramını hazırlayıb müzakirə etməsi vacibdir.

"Bununla yanaşı, ABŞ-ın kəşfiyyat cəmiyyətinin mənbə və metodları da etibarlı müdafiə olunmalıdır", - o deyib.

Ekspert hesab edir ki, Klinton həmçinin etiraf etməlidir ki, Bakıda populyar "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi müsəlman dünyasının başqa ölkələrində, hələ qonşu İranı demirəm, nadir rast gəlinən etniklərarası və dinlərarası tolerantlığın yüksək səviyyəsinin kuliminasiyası oldu.

"Eyni zamanda, dövlət katibi Azərbaycanda islahatlar, demokratikləşmə, insan haqlarına əməl olunması və şəffaflığın səviyyəsinə Vaşinqtonun dəstəyini təsdiqləməlidir", - Koen deyib.

Xəbər lenti

Xəbər lenti