...

2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb

Siyasət Materials 4 İyun 2012 19:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı şəhərinin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirmək üçün namizədliyinin dəstəklənməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsinin üzvləri

Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Füzuli Ələkbərov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
İlqar Rəhimov - Azərbaycan Respublikası Paralimpiya Komitəsinin prezidenti
Ağacan Abiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi
Fərid Mansurov - Olimpiya çempionu
Namiq Abdullayev - Olimpiya çempionu
Zemfira Meftəhətdinova - Olimpiya çempionu
Elnur Məmmədli - Olimpiya çempionu
Nizami Paşayev - İslam Həmrəyliyi Oyunlarının çempionu

Təşkilat Komitəsinə Bakı şəhərinin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirmək üçün namizəd şəhər kimi irəli sürülməsi ilə bağlı bütün məsələləri həll etmək, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı Bakı şəhərinin namizədliyinin sifariş kitabını hazırlamaq tapşırılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

İslam Həmrəyliyi Oyunları keçirilməyə başlandığı dövrdən etibarən dünya idman ictimaiyyətinin diqqətini özünə cəlb edib. Həmin oyunlarda Azərbaycanın fəal iştirakı və idmançılarımızın uğurlu nəticələri bir daha respublikamızda idmanın yüksək inkişaf səviyyəsinə çatdığını göstərir. Bakı şəhərinin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirmək üçün namizədliyi irəli sürülüb. Belə mötəbər yarışın paytaxtımızda təşkili irimiqyaslı kompleks idman tədbirlərinin keçirilməsində respublikamızın malik olduğu potensial imkanları nümayiş etdirəcək, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında idman əlaqələrini genişləndirəcək, Azərbaycanın beynəlxalq idman aləmində nüfuzunun bundan sonra da artmasını təmin edəcək.

Xəbər lenti

Xəbər lenti