...

Azərbaycan deputatları Benilüks Parlamentinin sessiyasında iştirak edəcəklər

Siyasət Materials 11 İyun 2012 18:20 (UTC +04:00)
Azərbaycanın millət vəkilləri Elton Məmmədov, Mirkazım Kazımov və Əli Məsimli iyunun 14-dən Niderland Krallığında səfərdə olacaqlar.
Azərbaycan deputatları Benilüks Parlamentinin sessiyasında iştirak edəcəklər

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Azərbaycanın millət vəkilləri Elton Məmmədov, Mirkazım Kazımov və Əli Məsimli iyunun 14-dən Niderland Krallığında səfərdə olacaqlar.

Trend Milli Məclisin rəsmi saytına istinadən məlumat verir ki, deputatlar Haaqa şəhərində keçiriləcək Benilüks Parlamentinin sessiyasında iştirak edəcəklər.

İclasda kibercinayət, üzv ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək. Tədbirə GUAM Parlament Assambleyasının sədri qismində qatılacaq Elton Məmmədov rəhbərlik etdiyi qurumla Benilüks Parlament Assambleyası arasında gələcək əməkdaşlığın perspektivləri, təşkilatın stukturu və fəaliyyəti haqqında məruzə ilə çıxış edəcək.

Milli Məclisin deputatı Fuad Muradov isə iyunun 15-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcək.

Muradov burada Avropanın Mühafizəkarlar və İslahatçılar Alyansının keçirdiyi konfransda iştirak edəcək. Tədbirdə Avropa ölkələrində fərdi azadlıq, demokratiya, azad ticarət mövzuları ətrafında müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti