...

Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 18 İyul 2012 13:50 (UTC +04:00)
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 18-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin ölkəmizdə rəsmi səfərdə olan İtaliyanınSilahlı Qüvvələrinin Baş Qərargah Rəisi general Biacio Abrate ilə görüşüb.
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 18 iyul / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 18-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin ölkəmizdə rəsmi səfərdə olan İtaliyanınSilahlı Qüvvələrinin Baş Qərargah Rəisi general Biacio Abrate ilə görüşüb.

Müstəqillik əldə etdiyi gündən Azərbaycanın Avropa Birliyi və digər beynəlxalq təşkilatlarla əməkdaşlığa üstünlük verdiyini qeyd edən müdafiə naziri bölgədə hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin dinc qaydada həllinə maneçilik törədən problemlər barədə qonağı məlumatlandırıb.

Azərbaycan torpaqlarının 20 ilə yaxın işğal altında qaldığını, bir milyondan artıq soydaşımızın yurd-yuvasından didərgin düşdüyünü vurğulayan nazir Əbiyev Ermənistanın yenə də bu təcavüzkar siyasətdən əl çəkmədiyini diqqətə çatdırıb.

O, belə bir vəziyyətdə Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndirilməsinin və torpaqlarımızın işğaldan azad olunmasının prioritet təşkil etdiyini bildirib.

Görüş zamanı İtaliya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti