...

Yeni Zooloji Parkın tikintisi üçün 4,5 milyon manat ayrıldı

Siyasət Materials 20 İyul 2012 18:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Yeni Zooloji Parkın tikintisi üçün 4,5 milyon manat ayrıldı

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sənəddə bildirilir ki, Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 4,5 milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti