...

Prezident Ilham Əliyev Mahmud Əhmədinejada başsağlığı verib

Siyasət Materials 12 Avqust 2012 14:31 (UTC +04:00)
Azərbaycan Prezidenti Ilham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejada şənbə günü İranda baş vermiş zəlzələ ilə əlaqədar başsağlığı məktubu göndərib.
Prezident Ilham Əliyev Mahmud Əhmədinejada başsağlığı verib

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Azərbaycan Prezidenti Ilham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejada şənbə günü İranda baş vermiş zəlzələ ilə əlaqədar başsağlığı məktubu göndərib.

"Ölkənizin şimal-qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına, qardaş İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti