Azərbaycan, Bakı, 3 sentyabr /Trend/
Ötən həftənin sonu Azərbaycan üçün vacib olan hadisələrlə yadda qaldı. 2006-cı il aprelin 13-də Macarıstanda mühakimə olunan azərbaycanlı zabit Ramil Səfərov Azərbaycana ekstradisiya olundu və Prezident İlham Əliyevin sərəncamı ilə əfv edildi. Bu addım Yerevanda birmənalı olmayan reaksiya doğurdu. Trend-in məlumatıan görə, bu barədə Azərbaycan KİV-ə Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
Onun sözlərinə görə, azərbaycanlı zabit Ramil Səfərovun Macarıstan tərəfindən Azərbaycan Respublikasına təhvil verilməsi iki ölkənin qanunvericiliyi çərçivəsində baş verib. Ermənistan Prezidentinə gəlincə, qarşıdakı seçkiləri nəzərə alan Serj Sarkisyan bu fakta öz nitqlərində və Azərbaycanın işğal olunmuş ərazilərindəki oyuncaq rejimə təbrik məktubunda xeyli vaxt sərf edib.
Aslanov hesab edir ki, öz dövlətinin çarəsizliyini anlayan Ermənistan Prezidenti bir daha ideyalı vandalizmin bundan əvvəlki faktlarına və terror aktlarına haqq qazandıraraq, eyni zamanda, rəsmən yenilərini həvəsləndirərək erməni ideologiyası ilə hədələməyə başladı, havanı silkələdi. Bununla kifayətlənməyərək, "mədəni siyasətçi" maskasını yırtaraq, cəllad mahiyyətini üzə çıxartdı. Sarkisyanın özünə haqq qazandıraraq "qoy onda özlərini danlasınlar" ifadəsi bütün antiazərbaycan qüvvələrə hücum siqnalıdır. Bu ifadə qatillər cəmiyyətində incidilmişləri təəccübləndirərdi. Bununla qeyri-insanlıq mövsümünü elan edən Serj Sarkisyan yalnız öz acizliyi və çarəsizliyi üçün Azərbaycan diplomatlarını və mülki şəxsləri qorxutmağa çağıran dövlət başçısı kimi öz prioritetlərini müəyyən edir.
"Qeyd etmək vacibdir ki, hər şeyə rəğmən, Azərbaycan ermənilərə qarşı deyil, etnik təmizləməyə, dinc sakinlərin öldürülməsinə, qadınların və uşaqların qətlə yetirilməsinə haqq qazandıran erməni ideologiyasına qarşıdır. 2012-ci il sentyabrın 2-də Prezident Serj Sarkisyanın istifadə etdiyi "biz bunu vaxtaşırı edirik. Lazım olarsa, yenə edərik" ifadəsi 2000-ci il dekabrın 15-də müdafiə naziri Serj Sarkisyanın Xocalı qırğınının səbəbləri barədə bəyanatının əks-sədasıdır. Məhz onda erməni ideologiyasının barbarlığının yüksək dərəcəsinin etirafı olan "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi qırmağı bacardıq" bəyanatı səsləndi", - Aslanov Sarkisyanın sözlərindən sitat gətirir.
Onun fikrincə, XXI əsrdə dövlət başçısından belə qəddar təhdidlər və dözümsüzlüyə çağırışlar eşitmək bir qədər qəribədir. Lakin unutmaq olmaz ki, müasir Ermənistanda mühüm vəzifə tutmağın ən qısa yolu əllərini qadınların və uşaqların qanına batırmaqdır. Söhbət həm Prezident Serj Sarkisyan, həm də bu cinayətkar tayfanın digər nanəcib üzvlərindən, məsələn, Ermənistanın müdafiə naziri Seyran Ohanyandan gedir.
Azərbaycan mövcud nasist ideologiyasının bütün dərinliyini hamıdan yaxşı başa düşür. "Çünki hələ 2003-cü ildə Ermənistan Prezidenti Robert Koçaryan "erməni və azərbaycanlıların genetik ziddiyyəti" haqqında ifadələrlə lovğalanırdı", - Aslanov qeyd edib.
Aslanov bildirib ki, Azərbaycan, dəfələrlə müxtəlif etnik mənsubiyyətli günahsız vətəndaşlarının qətlləri ilə nəticələnən ərazi iddialarının qurbanı olub. Lakin Ramil Səfərovun ekstradisiyası və əfv edilməsi ilə ermənipərəstlik ideologiyasının bütün tərəfdarları vaxtın onun tərəfində artıq faktor kimi dayanmadığını, onun işğalçılara qarşı necə işləməyə başladığını qəflətən dərk etdilər.
"Zəiflik və acizlik Serj Sarkisyanı ölkəmizin ünvanına gurultulu ifadələr işlətməyə təhrik edən iki hissdir. Bu hisslər indiyədək Yerevanda erməni dövlətçiliyinin iflasını tam dərk edən hakim mənfəətpərəst tayfaya tanış idi. Azərbaycan olmadan heç bir regional layihənin həyata keçmədiyi, Cənubi Qafqazın ümumi iqtisadiyyatının 80 faizindən çoxunun ölkəmizin payına düşdüyü bir dövrdə Ermənistan son dövlət aktivlərini itirərək öz vətəndaşlarının gələcəyini satır", - Aslanov vurğulayıb.
Hətta həm romantik əhval-ruhiyyəli diaspor, həm də bir neçə dövlət tərəfindən dəstək alan Ermənistan qapalı, regional layihələrdən izolyasiya olunmuş iqtisadiyyatın hər hansı məqbul modelinin quruculuğunda aşkar uğursuzluğa "nail olub".
Hazırda Ermənistan seçim qarşısında dayanıb: ya Dağlıq Qarabağ problemində güzəşt, ya da uzunmüddətli iqtisadi durğunluq və uzun illər ərzində vətəndaşların həyat şəraitinin pisləşməsi. Bu kontekstdə qeyd etmək lazımdır ki, Cənubi Qafqazda geosiyasi vəziyyət yaxşılaşmaqdan hələ çox uzaqdır, tam regional əməkdaşlıq olmadan isə hətta Ermənistanın iqtisadiyyatının minumum rəqabətə davamlılığı sadəcə mümkün deyil. Aslanov deyib ki, bununla yanaşı, Ermənistanın aktivləri bu ölkədə marağı olan istənilən xarici şirkət üçün yük olacaq.
Onun fikrincə, Ermənistan vətəndaşları başa düşməlidirlər ki, Yerevandakı hakim rejim praktiki olaraq artıq hazırda ölkəni müflis etməklə gənc nəslin gələcəyini oğurlayır. Aralarında Ermənistan nümayəndələrinin də olduğu müstəqil ekspertlərin rəyinə görə, ölkədə sosial-iqtisadi böhran və onun fəsadları yalnız dövlətlərarası regional əməkdaşlıq, kooperasiya və inteqrasiya şəraitində aradan qaldırıla bilər. Aslanov vurğulayıb ki, məhz buna görə də Yerevan tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi və sülh yolu ilə nizamlanma üzrə danışıqlar prosesinin süni uzadılması Ermənistanın özününün tərəqqisini iflic edərək regional inkişafı ləngidir.