...

Rəsmi Tokio GUAM+Yaponiya formatı çərçivəsində Azərbaycanla birgə işləmək niyyətini açıqlayıb

Siyasət Materials 13 Sentyabr 2012 13:01 (UTC +04:00)
Azərbaycan Respublikası və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə əlaqədar Yaponiyanın xarici işlər naziri Koiçiro Qemba Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təbrik məktubu göndərib.
Rəsmi Tokio GUAM+Yaponiya formatı çərçivəsində Azərbaycanla birgə işləmək niyyətini açıqlayıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikası və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə əlaqədar Yaponiyanın xarici işlər naziri Koiçiro Qemba Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təbrik məktubu göndərib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təbrik məktubunda iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə mövcud münasibətlərin yüksək səviyyədə olduğu və bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanı Yaponiyanın Cənubi Qafqazda ən əsas tərəfdaşı adlandıran Yaponiya xarici işlər naziri siyasi və iqtisadi sahədə yaxın əməkdaşlıq münasibətlərinin mövcudluğundan məmnunluğunu qeyd edib.

Həmçinin cari ilin mart ayında Yaponiyada baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın dövlət başçısının başsağlığı mesajına və göstərilən diqqətə görə öz təşəkkürünü bildirib.

Beynəlxalq arenada Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi mühüm rol oynadığı və Yaponiyanın bu istiqamətdə ölkəmizlə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğu qeyd edilib.

Bununla yanaşı, Yaponiya tərəfi GUAM+Yaponiya formatı çərçivəsində bu il təşkilata sədr ölkə kimi Azərbaycanla birgə işləmək niyyətini bildirib.

Xəbər lenti

Xəbər lenti