...

Prezident İlham Əliyev və xanımı Bakıda 242 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olublar (FOTO)

Siyasət Materials 14 Sentyabr 2012 20:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva cümə günü Bakının Nizami rayonundakı 242 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olublar.
Prezident İlham Əliyev və xanımı Bakıda 242 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva cümə günü Bakının Nizami rayonundakı 242 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olublar.

Görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi.

Bildirildi ki, 960 şagird yerlik məktəbin binası 1968-ci ildən fəaliyyət göstərir. O vaxtdan indiyədək bu təhsil ocağında təmir işləri aparılmayıb. Məktəbin əsaslı surətdə yenidən qurulmasına 2012-ci ildə Dövlət Proqramına uyğun olaraq başlanılıb.

Diqqətə çatdırıldı ki, burada sinif otaqları müasir standartlara uyğun şəkildə təmir edilib. İnventarlar yeniləri ilə əvəz olunub, fənn kabinetləri lazımi avadanlıq və əyani vəsaitlərlə təchiz edilib. Məktəbin istilik sistemi müasir qaydada yenidən qurulub, fasiləsiz isti və soyuq su ilə təmin olunub. Əsaslı təmir zamanı işıqlandırma sistemi də müasirləşdirilib. İdman və akt zallarında, yeməkxanada, tibb məntəqəsində də ən müasir şərait yaradılıb.

Qeyd edildi ki, təhsil ocağının yerləşdiyi 1,7 hektar ərazidə abadlıq və quruculuq işləri həyata keçirilib, 1,2 min kvadratmetr sahəyə asfalt salınıb.

Görülən işlərdən razılığını bildirən dövlətimizin başçısı məktəbdə təhsilin yüksək səviyyədə aparılması barədə tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti