...

İlham Əliyev Malta Prezidentini təbrik edib

Siyasət Materials 20 Sentyabr 2012 18:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Malta Prezidenti Corc Abelaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Malta Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Malta Prezidenti Corc Abelaya təbrik məktubu ünvanlayıb.

"Malta Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Malta arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi və inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Corc Abelaya möhkəm cansağlığı, işlərində uğurlar arzulayıb, dost Malta xalqına əmin-amanlıq və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti