...

Vladimir Putin İstanbula səfər edəcək

Siyasət Materials 3 Oktyabr 2012 10:09 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin Suriyadakı vətəndaş müharibəsi ilə əlaqədar Türkiyə-Rusiya münasibətlərində yaranmış nəzərəçarpacaq gərginliyin meydana çıxdığı bir vaxtda İstanbula səfər edəcək.
Vladimir Putin İstanbula səfər edəcək

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Rusiya Prezidenti Vladimir Putin Suriyadakı vətəndaş müharibəsi ilə əlaqədar Türkiyə-Rusiya münasibətlərində yaranmış nəzərəçarpacaq gərginliyin meydana çıxdığı bir vaxtda İstanbula səfər edəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyət" qəzeti xəbər verir.

Qəzet yazır ki, Suriya böhranına baxmayaraq, oktyabrın 15-də yüksək səviyyəli Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının 3-cü konfransı Rusiya Prezidenti Putin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək.

Suriya məsələsi ilə bağlı aralarında bir sıra anlaşılmazlığın yaranmasına baxmayaraq, Türkiyə və Rusiya bu yığıncaqla iki ölkə arasındakı genişmiqyaslı əməkdaşlığı davam etdirmək sahəsindəki iradələrini nümayiş etdirirlər.

Xatırladaq ki, Türkiyə-Rusiya Əməkdaşlıq Şurası 2010-cu il mayın 12-də iki ölkə arasında imzalanmış birgə bəyannamə ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti