Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir R.Hafizoğlu/
Azərbaycan dünyanın vacib ölkəsidir. Bunun göstəricisi Beynəlxalq Humanitar Forum kimi konfransların keçirilməsidir. Bunu Trend-ə Türkiyə parlamentinin deputatı, Trend-in Ekspert Şurasının üzvü Sinan Oğan bildirib.
Onun sözlərinə görə, son vaxtlar Azərbaycanda tez-tez beynəlxalq sammitlər və konfranslar keçirilir və onların hamısı digər ölkələrdə keçirilənlərdən fərqlənir.
Beynəlxalq Humanitar Forum Bakıda oktyabrın 4-5-də keçiriləcək.