...

Venesiya Komissiyası Azərbaycanın daha bir qanununu müzakirəyə çıxaracaq

Siyasət Materials 8 Oktyabr 2012 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Avropa Şurası Venesiya Komissiyası Azərbaycanın "Dini etiqad azadlığı haqqında" qanun layihəsini müzakirə edəcək.

Trend Venesiya Komissiyasının rəsmi saytına istinadən xəbər verir ki, Komissiyanın oktyabrın 11-də keçiriləcək 92-ci plenar sessiyasında Azərbaycan Prezidenti Administrasiyasının Qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyevlə qanun layihəsi ətrafında müzakirə aparılacaq və qanuna rəy veriləcək.

Xəbər lenti

Xəbər lenti