...

Abdullah Gül: Türkiyə Suriyadakı vəziyyəti kənardan izləyə bilməz

Siyasət Materials 8 Oktyabr 2012 18:46 (UTC +04:00)
Türkiyə Suriyada getdikcə pisləşən vəziyyəti kənardan izləyə bilməz və ölkədə zorakılığın dayandırılması üçün zəruri olan hər şeyi etmək niyyətindədir.
Abdullah Gül: Türkiyə Suriyadakı vəziyyəti kənardan izləyə bilməz

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Suriyada getdikcə pisləşən vəziyyəti kənardan izləyə bilməz və ölkədə zorakılığın dayandırılması üçün zəruri olan hər şeyi etmək niyyətindədir. Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Prezident Abdullah Gül bəyan edib.

Onun sözlərinə görə, Türkiyə Suriya ilə sərhəddə vəziyyəti nəzarət altında saxlayır və vəziyyətin dəyişməsi ilə əlaqədar Silahlı Qüvvələrin Baş Qərargahı ilə məsləhətləşmələr aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti