...

Səfir Möhsin Pak Ayin: İran və Azərbaycan arasında əlaqələrin inkişafı regionda sabitliyin möhkəmlənməsi üçün əsas amildir (FOTO)

Siyasət Materials 12 Oktyabr 2012 08:06 (UTC +04:00)
Azərbaycanda fəaliyyətim dövründə gələcək proqramlarından biri kimi, iki ölkə arasında iqtisadi sahədə xüsusi ilə enerji, ticarət və tranzit sahəsində əlaqələrin inkişafındakı mövcud problemlərin həlli mənimçün proriritet məsələdir və danışıqların davamlı şəkildə aparılması və nümayəndə heyətlərinin mübadiləsi əlaqələrin inkişafına təkan verə bilər.
Səfir Möhsin Pak Ayin: İran və Azərbaycan arasında əlaqələrin inkişafı regionda sabitliyin möhkəmlənməsi üçün əsas amildir (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir T.Cəfərov/

"Azərbaycanda fəaliyyətim dövründə gələcək proqramlarımdan biri kimi, iki ölkə arasında iqtisadi sahədə, xüsusi ilə enerji, ticarət və tranzit sahələrində əlaqələrin inkişafındakı mövcud problemlərin həlli mənim üçün proritet məsələdir və danışıqların davamlı şəkildə aparılması və nümayəndə heyətlərinin mübadiləsi əlaqələrin inkişafına təkan verə bilər". Bu sözləri Trend-ə müsahibəsində İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Möhsin Pak Ayin deyib.

Yeni səfir bu gün səhər Bakıya gəlib və o, bu gündən Azərbaycanda diplomatik missiyasının icrasına başlayacaq.

Pak Ayin vurğulayıb ki, iqtisadi və ticarət sahəsindəki mövcud imkanlar və potensiallar iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinin göstəricisidir. "İranın Azərbaycanla qonşu ostanlarının potensialından istifadə etməklə həm özəl sektor sahəsində, həm də ticarət palataları arasında əlaqələrin inkişaf etdirilməsinə çalışacağam", - Pak Ayin bildirib.

Diplomat əlavə edib ki, Azərbaycan və İranı bir-birinə bağlayan dini, mədəni və coğrafi bağlılıqlar var və iki ölkə prezidentlərinin səmimi dostluqları da əlaqələrin güclənməsi üçün dəyərli dayaqdır.

"İran və Azərbaycan arasında münasibətlər şəffafdır və siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur", - Pak Ayin deyib.

Səfir İran və Azərbaycan arasında əlaqələrin davamlılığı və inkişafının regionda sülh və sabitliyin möhkəmlənməsi üçün əsas amil olduğunu deyib: "Azərbaycanlı dostlarımızla müştərək məfaelərimiz naminə beynəlxalq təşkilatlarda əməkdaşlıqlarımızın artırılması üçün danışıqlar aparacağıq".

Onun sözlərinə görə, Azərbaycan və İranın qədim sivilizasiyası və müştərək mədəni irsi iki ölkəni bir-birinə yaxınlaşdıran üstünlüklərdəndir və bu, iki ölkə xalqları arasında dostluğun gücləndirilməsində əsas götürülə bilər.

Pak Ayin iki xalqın baxışlarının bir-birinə yaxınlaşması üçün KİV-in rolunun əhəmiyyətindən danışıb və deyib ki, Azərbaycanda səfir olduğu müddətdə iki ölkə KİV-ləri arasında əlaqələrin gücləndirilməsi də əsas proqramlarından biri olacaq.

Səfir Azərbaycana gəlməsindən və bu ölkənin xalqı ilə görüşəcəyindən məmnunluğunu ifadə edib və bildirib ki, Azərbaycanda darıxmayacaq.

Möhsin Pak Ayin 1954-cü ilə Fars əyalətində anadan olub. Azərbaycana səfir təyin edilməzdən əvvəl İran XİN-in Əfqanıstan üzrə departamentinin rəhbəri vəzifəsində çalışıb. Müxtəlif illərdə İranın Zambiya, Özbəkistan və Tailanddakı səfiri olub.

Pak Ayin bu vəzifədə diplomatik missiyası cari ilin yayında başa çatan Məhəmmədbağır Bəhramini əvəz edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti