...

Seymur Orucov: Azərbaycanın güclü diaspora çox ehtiyac duyduğu danılmazdır

Siyasət Materials 16 Oktyabr 2012 10:05 (UTC +04:00)
Seymur Orucov, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri
Seymur Orucov: Azərbaycanın güclü diaspora çox ehtiyac duyduğu danılmazdır

Seymur Orucov, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri

Müasir dövrümüzdə diasporun önəmi danılmazdır. Xüsusilə böyük dövlətlərdə diasporun güclü olması xarici siyasətin uğurlu olma amillərindən ən vacibinə çevrilməkdədir. Tarixdə də müxtəlif zamanlarda diasporun fəaliyyəti nəticəsində uğurlar qazanılıb. Lakin qədim tarix müharibələrlə seçilmişdirsə, müasir tarix daha çox danışıqlar, beynəlxalq hüquq və s. şəraitdə cərəyan etməkdədir. Diasporun müasir dövrümüzdəki rolu bu səbəbdən böyük önəm daşımaqdadır.

Mənfur qonşularımızın diasporu da buna misal olaraq göstərilə bilər. Təbii, Ermənistan bizim üçün bir misal ola bilməz. Bizim ölkənin bütün sahələrdə inkişafı və uydurulma yox, qədim tarixə malik olması buna imkan vermir. Lakin millətin zəifliyindən doğan erməni diasporunun tarixi var və uğurların çox hissəsi məhz ona aiddir. Lakin güclü dövlətlər belə indi diaspora ehtiyac duyur. Bu baxımdan bölgədə öz sözünü deməyə hazırlaşan və uğurlu və sürətlə inkişaf edən Azərbaycanın güclü diaspora nə qədər ehtiyac duyması danılmazdır.

Düşündükdə BMT-nin Təhlükəsizlik Şurasının beş ölkəsi yada düşür. İlk növbədə burada diaspor öz yerini sağlam tutmalıdır. Ancaq bu, o demək deyil ki, kiçik və ya dost ölkələrdə diaspora ehtiyac yoxdur. Qonşu və qardaş Türkiyə ilə belə münasibətlərin pozulmasına çalışılan meyillərin ən yaxın tariximizdə şahidi olmuşuq. Lakin böyük dövlətləri götürdükdə və nəzərə alsaq ki, onlardan biri bizim qonşumuz və tariximizdə bizimlə müxtəlif mövqelərdə kəsişən Rusiyadır, orada diasporumuzun güclü olması vaciblərin vacibi məsələsinə çevrilməkdədir. Əslində ümummilli liderimiz Heydər Əliyevin Moskvada yüksək vəzifə tutmasından sonra pərdə arxası diasporumuz fəaliyyət göstərirdi. Mərhum liderimiz ölkəmizlə əlaqədar bütün məsələləri lehimizə çevirir və gələcək ziyanları da dəf edirdi.

Ancaq mənfur Qorbaçov hakimiyyətdən getdikdən sonra bir boşluq yarandı. Son zamanlarda isə Leyla xanım Əliyevanın yeni bir nəfəs gətirməsi və artıq Azərbaycan-Rusiya münasibətlərində fasiləsiz canlanma yaranması artıq Rusiyada diasporumuzun sağlam şəkildə var olması deməkdir. Rusiya ölkəmiz üçün çox önəmli yox, bəlkə də ən önəmli bir statusa malik olduğunu bilirik. Bu baxımdan orada diasporumuzun güclənməsi yaxın gələcəkdə bir çox məsələdə Rusiyanın xarici siyasətində lehimizə çevriləcəyinə çox ümid edirik və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya bu çətin və şərəfli fəaliyyətdə uğurlar diləyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti