Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir A. Tağıyeva/
Suriya Prezidenti Bəşşar Əsəd ilə dialoq nəticə verməyəcək. Trend-in çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Davudoğlunun sözlərinə görə, Ankara əvvəlki kimi Suriyada Keçid Şurasının yaradılması ideyasını dəstəkləyir.