...

Knessetin deputatı: İsrail bundan sonra da Azərbaycanla münasibətləri inkişaf etdirməyə hazırdır

Siyasət Materials 1 Noyabr 2012 01:49 (UTC +04:00)

İsrail, Tel-Əviv, 1 noyabr /Trend, müxbir S.Ağayeva/

Parlament və İsrail hökuməti Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır və Azərbaycanı Cənubi Qafqazda öz strateji tərəfdaşı kimi görür. Trend-in məlumatına görə, bunu İsrail parlamentinin (Knesset) deputatı Aleks Miller çərşənbə günü jurnalistlərlə görüşündə deyib.

Onun fikrincə, iki ölkə arasında əməkdaşlıq və viza rejiminin sadələşdirilməsi inkişaf üçün çox yaxşı imkanlar verir.

Miller bildirib ki, Azərbaycanın neft-qaz sahəsində böyük təcrübəsi var və bu təcrübə İsrail üçün faydalı ola bilərdi.

"İndiki zamanda iki ölkənin münasibətlərinin inkişafı üçün hər hansı bir problem yoxdur. İsraildə 50 mindən çox Azərbaycandan gələn yəhudi var, onlar da bu işə öz töhfələrini verməyə hazırdırlar", - deputat qeyd edib.

Onun sözlərinə görə, bu ölkədən gələnlərdən ibarət olan Azərbaycan icması iki ölkənin münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti