...

Azərbaycan deputatları Böyük Britaniya parlamentariləri ilə müzakirələr keçirəcəklər

Siyasət Materials 19 Noyabr 2012 13:04 (UTC +04:00)
Azərbaycan deputatları Böyük Britaniyada enerji məsələləri və parlamentlərarası əlaqələrlə bağlı müzakirələr keçirəcəklər.
Azərbaycan deputatları Böyük Britaniya parlamentariləri ilə müzakirələr keçirəcəklər

Azərbaycan, Bakı, 19 noyabr / Trend müxbir M.Əliyev/

Azərbaycan deputatları Böyük Britaniyada enerji məsələləri və parlamentlərarası əlaqələrlə bağlı müzakirələr keçirəcəklər. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun üzvü, deputat Fuad Muradov bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun rəhbəri Çingiz Əsədullayevin rəhbərliyi ilə noyabrın 20-də başlayacaq səfər zamanı Milli Məclisin deputatları Böyük Britaniya nümayəndələr palatası, həmçinin lordlar palatasının üzvləri ilə görüşlər keçirəcək, parlamentlərarası əlaqələri müzakirə edəcəklər.

Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri olan Fuad Muradovun səfər çərçivəsində, həmçinin Böyük Britaniyanın neft şirkətləri ilə müzakirələr aparacağı planlaşdırılır.

Nümayəndə heyətinə, həmçinin parlamentlərarası dostluq qrupunun üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev də daxil olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti