...

Misir Türkiyədən ANKA pilotsuz təyyarələri alacaq

Siyasət Materials 20 Noyabr 2012 11:00 (UTC +04:00)
Misir Türkiyədən 10 ədəd ANKA kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) alacaq. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.
Misir Türkiyədən ANKA pilotsuz təyyarələri alacaq

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir A.Tağıyeva/

Misir Türkiyədən 10 ədəd ANKA kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) alacaq. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına görə, tərəflər iki ay yarım davam edən danışıqların yekunu üzrə artıq müvafiq saziş imzalayıblar.

Türkiyənin Dövlət Aerokosmik Sənaye Şirkətinin (TUSAŞ) baş direktoru Məhərrəm Dörtkaşlı bildirib ki, Türkiyənin bir çox qonşuları da ANKA-ya maraq göstərir.

Qeyd edək ki, bazar ertəsi Türkiyə Müdafiə Nazirliyinin əməkdaşı Murad Bayar ölkənin ANKA pilotsuz uçuş aparatlarının seriyalı istehsalına başlamağı planlaşdırdığını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti