...

Belarus və Azərbaycan arasında konstruktiv dialoq strateji əməkdaşlığadək yüksəlib - səfir

Siyasət Materials 20 Noyabr 2012 13:17 (UTC +04:00)
Azərbaycan ilə Belarus arasında konstruktiv dialoq əməkdaşlığın strateji səviyyəyədək inkişafına imkan yaradıb. Trend-in məlumatına görə, bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç çərşənbə axşamı iki ölkə arasında əməkdaşlığa həsr olunmuş mətbuat konfransında bildirib.
Belarus və Azərbaycan arasında konstruktiv dialoq strateji əməkdaşlığadək yüksəlib - səfir

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan ilə Belarus arasında konstruktiv dialoq əməkdaşlığın strateji səviyyəyədək inkişafına imkan yaradıb. Trend-in məlumatına görə, bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç çərşənbə axşamı iki ölkə arasında əməkdaşlığa həsr olunmuş mətbuat konfransında bildirib.

"Münasibətlərimiz dinamikliyi və bir sıra beynəlxalq məsələlərdə mövqelərin uyğunluğu ilə səciyyələnir", - səfir deyib.

Diplomat 2012-ci ildə Belarus-Azərbaycan ikitərəfli münasibətlərində Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfərini (28-29 avqust, 2012-ci il) vacib hadisə adlandırıb.

"Bu, artıq Azərbaycan dövlət başçısının ölkəmizə üçüncü rəsmi səfəridir. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, öz növbəsində, Azərbaycana iki dəfə - 2007 və 2010-cu illərdə rəsmi səfər edib", - səfir qeyd edib.

Patskeviç əlavə edib ki, dövlət başçıları ikitərəfli əməkdaşlıq məsələlərinin geniş dairəsini, istehsal kooperasiyalarının inkişafı və birbaşa tədarükün genişləndirilməsi, kənd təsərrüfatı, investisiyalar və IT-texnologiyalar sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

"Belarus Prezidenti azərbaycanlı həmkarının növbəti ildə Azərbaycana rəsmi səfər etməsi ilə bağlı dəvətini qəbul edib", - Patskeviç deyib.

Səfirin sözlərinə görə, iki ölkənin parlamentlərarası əlaqələrinin inkişafı, idarələrarası dialoq fəallaşdı. Həmçinin, Bakıda və Minsdə keçirilən sərgi tədbirlərinə Belarus və Azərbaycan işgüzar dairələrinin marağı artdı. Belə ki, Belarusun təxminən 20 müəssisə və təşkilatı Bakıda keçirilən 5 ən böyük sərgidə iştirak ediblər. Eyni zamanda, Azərbaycan nümayəndələri Minsk şəhərində "TIBO-2012" telekommunikasiya sərgisində, "BelAqro-2012" kənd təsərrüfatı sərgisində, kitab sərgi-yarmarkası kimi böyük tədbirlərdə iştirak ediblər.

Bundan başqa, Patskeviçin sözlərinə görə, cari il ərzində regionlararası əlaqələr əhəmiyyətli dərəcədə genişlənib. 2012-ci ildə Azərbaycanın Mingəçevir şəhəri ilə Belarusun Polotsk şəhəri arasında qardaşlıq əlaqələri qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti