Azərbaycan və Latviya əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Siyasət Materials 21 Noyabr 2012 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir M.Əliyev/

Bakıda Azərbaycan və Latviya arasında əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

"Danışıqlar Latviyanın Baş naziri Valdis Dombrovskisin noyabrın 27-30-da Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutacaq", - çərşənbə günü Trend-ə Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis bildirib.

Onun sözlərinə görə, səfər zamanı Latviyanın Baş naziri ölkə rəhbərliyi ilə görüşlər keçirəcək, iki ölkənin iş adamlarının iştirakı ilə biznes foruma qatılacaq. Səfər proqramına, həmçinin Azərbaycan Diplomatiya Akademiyasına baş çəkmək daxildir.

Danışıqlarda əsas diqqət ticari-iqtisadi və aqrar sektorda iki ölkə arasında əməkdaşlığın inkişafına yönəldiləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti