Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir E.Mehdiyev/
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Forumu gələn ilin birinci yarısında Bakıda keçiriləcək.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi sədrinin müavini, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov Trend-ə bildirib ki, bununla bağlı təşəbbüs ICAPP-ın Bakıda keçirilmiş VII Baş Assambleyası zamanı YAP tərəfindən irəli sürülüb və ICAPP təşəbbüsü qəbul edib.
Məmmədov bildirib ki, Asiyada sülhün, təhlükəsizliyin təmin ediıməsində və tərəfdaşlığın inkişafında gənclərin xüsusi rolu var.
O qeyd edib ki, qloballaşan dünyada gənclərin rolu danılmazdır: "Gələcəyini fikirləşən bütün dövlətlər gənclərə xüsusi diqqət yetirir, onların fikirlərini və gələcəyi baxış konsepsiyalarını nəzərə alırlar. Bu baxımdan ICAPP Gənclər Forumunun Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir".