...

TÜRKPA Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində müşahidəçi statusu aldı

Siyasət Materials 27 Noyabr 2012 13:04 (UTC +04:00)
Türkdilli ölkələrin Parlament Assambleyası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində müşahidəçi statusu alıb.
TÜRKPA Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində müşahidəçi statusu aldı

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir M.Əliyev/

Türkdilli ölkələrin Parlament Assambleyası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində müşahidəçi statusu alıb.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda QİƏT Parlament Məclisinin Baş Assambleyasının 40-cı iclasında qərar qəbul olunub.

QİƏT PM vitse-prezidenti Asəf Hacıyev çıxış edərək bildirib ki, TÜRKPA-ya müşahidəçi statusunun verilməsi qurumun Daimi Komitəsində dünən müzakirə olunub və bu barədə qərar qəbul edilib.

O qeyd edib ki, TÜRKPA və QİƏT PM arasında son illər çox sıx əlaqələr var, həmin qurumun yaradılması zamanı QİƏT PM təcrübəsindən istifadə olunub.

İclasda TÜRKPA baş katibi Ramil Həsənov çıxış edərək rəhbərlik etdiyi təşkilatın QİƏT-ə müşahidəçi qismində qəbul olunmasına görə minnətdarlığını bildirib. Həsənov bundan sonra iki qurum arasında əlaqələrin daha sıx xarakter alacağına ümidvar olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti