...

Dekabrın 15-də QDİƏT XİN Şurasının 27-ci iclası keçiriləcək

Siyasət Materials 27 Noyabr 2012 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir M.Əliyev/

Bu il dekabrın 15-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının növbəti - 27-ci iclası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Bakıda jurnalistlərə QDİƏT-in baş katibi Viktor Tvirkun bildirib.

Onun sözlərinə görə, iclasda təşkilatın gələcək inkişaf perspektivləri, o cümlədən quruma sədrliyin Ukraynaya keçməsi ilə bağlı məsələyə baxılacaq. Belə ki, 2013-cü ilin yanvarında təşkilata sədrlik Türkiyədən Ukraynaya keçəcək və bu iclasda Ukrayna tərəfi sədrliyi qəbul edəcək.

Baş katib onu da əlavə edib ki, Azərbaycan tərəfi bu tədbirdə yüksək səviyyədə təmsil olunacaq.

Tvirkun qeyd edib ki, noyabrın 28-də Türkiyənin İzmir şəhərində nəqliyyat nazirlərinin toplantısı keçiriləcək və burada nəqliyyat, yükdaşıma sahələrində əməkdaşlıq məsələləri müzakirə ediləcək. Toplantının yekunu olaraq bəyannamə qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti