...

QDİƏT qeyri-hökumət təşkilatları forumunun Bakı Bəyannaməsi qəbul olunub

Siyasət Materials 27 Noyabr 2012 17:44 (UTC +04:00)
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunun Bakı Bəyannaməsi qəbul olunub.
QDİƏT qeyri-hökumət təşkilatları forumunun Bakı Bəyannaməsi qəbul olunub

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir E.Mehdiyev/

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunun Bakı Bəyannaməsi qəbul olunub. Trend-in məlumatına görə, Bəyannamənin müddəaları forumun təsis edilməsini, nizamnamənin qəbul edilməsini və fəaliyyətin davamlı əlaqələndirilməsi üçün Katibliyin yaradılmasını özündə əks etdirir.

"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri hökumətlərinin regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, mövcud münaqişələrin beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri çərçivəsində həllinə, etnik separatizmə və terrorizmə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinə yönəlik təşəbbüslərinə vətəndaş cəmiyyəti institutlarının ictimai dəstəyi təmin edilməlidir", - Bəyannamədə qeyd edilir.

Bəyannamədə QHT-lərin diqqəti QDİƏT ölkələrində demokratiyanın inkişafı və insan haqlarının qorunması məsələlərinə çəkilir.

"Üzv ölkələrdə demokratiyanın inkişafı, insan hüquqları və azadlıqlarının qorunması naminə bu dəyərləri bölüşən bütün beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi region QHT-ləri tərəfindən daim təşviq edilməli və onların bu istiqamətdə həyata keçirdikləri layihələr dəstəklənməlidir", Bəyannamədə deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti