...

İlham Əliyev Latviyanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 28 Noyabr 2012 15:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Latviya Respublikasının Baş naziri Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Latviyanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Latviya Respublikasının Baş naziri Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulayan dövlətimizin başçısı yüksək səviyyəli qarşılıqlı səfərləri bu münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirdi. Latviyaya rəsmi səfəri zamanı Baş nazir Valdis Dombrovskislə görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev onun ölkəmizə bu səfərinin əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi. Əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsində Hökumətlərarası birgə Komissiyanın rolunu vurğulayan dövlətimizin başçısı əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu dedi.
Prezident İlham Əliyev Latviya Respublikasının Baş naziri Valdis Dombrovskisin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə etdi.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Latviya Respublikasının Baş naziri Valdis Dombrovskis paytaxtımızda gedən yüksək inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını dedi. Azərbaycan ilə Latviya arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayan Baş nazir əlaqələrimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Ölkələrimiz arasında son illər ticarət dövriyyəsinin artdığını vurğulayan Valdis Dombrovskis iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməsini ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə olan marağın göstəricisi kimi dəyərləndirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti