...

FHN-də Latviya Baş nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

Siyasət Materials 28 Noyabr 2012 20:26 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Latviyanın Baş naziri Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
FHN-də Latviya Baş nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Latviyanın Baş naziri Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, bazir görüş zamanı respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. Həmçinin, Heydərov cari ilin aprel ayında Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Latviyanın daxili işlər nazirinin ölkəmizə etdiyi rəsmi səfərin və əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə cari ilin may ayında nazirliyin nümayəndə heyətinin onun rəhbərliyi altında Latviyada rəsmi səfərdə olmasının əlaqələrin daha da inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Baş nazir ölkələrimizin aidiyyəti qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra Dombrovskisin başçılıq etdiyi nümayəndə heyəti nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti