Azərbaycan, Bakı, 3 dekabr /Trend/
Ukrayna Prezidenti Viktor Yanukoviç Baş nazir Nikolay Azarov və Nazirlər Kabinetinin bütün tərkibinin istefasını qəbul edib. Trend-in bazar ertəsi RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının saytında yerləşdirilən 3 dekabr tarixli fərmanda deyilir.
Hökumətə yeni Nazirlər Kabinetinin işə başlamasınadək səlahiyyətlərinin icrasını davam etdirmək tapşırılıb.
Qeyd edək ki, oktyabrın 28-də Ukraynada parlament seçkiləri keçirilmişdi, bəzi nazirlər seçkilərdə namizədliklərini irəli sürmüşdülər və parlamentin yeni tərkibinə daxil olmuşdular.