...

Robert Qeyts: ABŞ Xəzər regionunda dondurulmuş münaqişələrin sülh yoli ilə nizamlanmasını təşviq edir

Siyasət Materials 6 Dekabr 2012 17:16 (UTC +04:00)

Türkiyə, İstanbul, 6 dekabr /Trend, xüsusi müxbir A.Bədəlova/

ABŞ beynəlxalq hüquq normalarının qorunması ilə regionda dondurulmuş münaqişələrin sülh yoli ilə nizamlanmasını təşviq edir. Trend-in xüsusi müxbirinin məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin sabiq rəhbəri Robert Qeyts İstanbulda keçirilən Xəzər forumunda çıxışı zamanı deyib.

Qeyts bildirib ki, beş Xəzəryanı ölkə (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) Xəzərin statusu ilə bağlı hələlik razılıq əldə edə bilməyib.

Onun sözlərinə görə, bu məsələ üzrə 20 ildən artıq müddətdir intensiv danışıqlar aparılır və danışıqlar Avropaya Transxəzər boru kəmərinin tikintisi məsələsi fonunda vacibdir.

Qeyts bildirib ki, heç bir digər ölkənin iki dövlət arasında qaz kəməri məsələsinin həllinə müdaxilə etmək imkanı olmamalıdır.

Qeyts, həmçinin ABŞ və Gürcüstanın strateji tərəfdaşlığı ilə bağlı xartiyanın imzalanması məsələsinə toxunub. Xartiya nəticəsində ABŞ-ın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, həmçinin demokratik islahatlara dəstək verməsinə əsaslanmış qarşılıqlı əməkdaşlıq gücləndirilib.

Birləşmiş Ştatların köməyi təkcə 2008-ci ildən sonra ölkənin bərpasının asanlaşdırılması üçün nəzərdə tutulmayıb, həmçinin Gürcüstanın siyasi və iqtisadi inkişafına yardım etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti