...

İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş prezidentini təbrik edib

Siyasət Materials 11 Dekabr 2012 18:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Ueli Morerə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş prezidentini təbrik edib

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Ueli Morerə təbrik məktubu ünvanlayıb.

"İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Mən Azərbaycan-İsveçrə münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimizi birləşdirən dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq daha da genişlənəcək və möhkəmlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram", - məktubda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti