Azərbaycan, Bakı, 11 dekabr /Trend/
Prezident İlham Əliyev Azərbaycanın müdafiə sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncama əsasən, Azərbaycanda müdafiə sənayesinin inkişafında xidmətlərinə görə Abbasov Sabir Əli oğlu, Abdullayev Novruz Alməmməd oğlu, Ağayev Fəxrəddin Güləli oğlu, Əhmədov Ramiz Qazməmməd oğlu, Əliyev Çingiz Paşa oğlu, Əliyev Yusif Əmi oğlu, Əlvanov Şahbala Şahnamaz oğlu, Haqverdi Məhəmməd İslam oğlu, Kəlbiyev Rövşən Zeynal oğlu, Məmmədov Sədrəddin Abbas oğlu, Musayev Yəhya Musa oğlu "Tərəqqi" medalı ilə; Haşımova Əminə Allahyar qızı, Vəzirov Fərrux Azad oğlu, Zeynalov Hüseyn Allahverdi oğlu, Zeynalov Vaqif Əziz oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilirlər.
Prezidentin digər sərəncamı ilə, Babayev Kemran Bəxtiyar oğlu, Hüseynəliyev Qafar Bayraməli oğlu, Kərimov Mehman Söhrab oğlu, Mehdiyev Rəhman İsfəndiyar oğlu "Əməkdar Mühəndis" fəxri adına layiq görülüb.