...

Bidzina İvanişvili Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib (FOTO)

Siyasət Materials 26 Dekabr 2012 12:40 (UTC +04:00)
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.
Bidzina İvanişvili Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  (FOTO)

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 26-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əkil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

İvanişvili Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirmiş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşdur.

Paytaxtın mənzərəsini seyr edən Gürcüstanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti