Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir A.Tağıyeva/
Suriya Prezidenti Bəşşar Əsədin seçim imkanı yoxdur və o, Suriya xalqının iradəsinə tabe olmalıdır. Trend-in bazar ertəsi "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğanın sözlərinə görə, suriyalılar ölkə başçısına güvənmirlər, çünki Əsəd legitimliyini itirib.