Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir E.Mehdiyev/
Odlar Yurdu Universitetindә 20 Yanvar faciәsinin ildönümü ilә әlaqәdar tәdbir keçirilib.
Universitetdәn Trend-ə verilən məlumata görə, "Vәtәnimizi sevәk vә qoruyaq" adlı tәdbir universitetin Tәlәbә Gәnclәr Tәşkilatı tərəfindən təşkil olunub.
Bir gün öncәdәn universitetin kollektivi Şәhidlәr xiyabanını ziyarәt edib. Tәlәbәlәr, hәmçinin il boyu internet vasitəsilə dünyanın müxtәlif istiqamәtlәrindә yaşayan insanlara 20 Yanvar faciəsi haqqında materialların yayılmasına çalışıb.
Tәdbirdә çıxış edən tələbələr hәr bir gәncin bu qanlı hadisәnin unudulmaması üçün öhdәsinә düşәn vәzifәni yerinə yetirməsinin vacibliyini vurğulayıb. Həmçinin o günlәrdә şәhid olmuş vәtәn övladlarının öz borclarını layiqincә yerinә yetirdiyi vә sıranın indiki nәslin gәnclәrindә olduğu vurğulanıb.