Azərbaycan, Bakı, 23 yanvar /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası arasında əməkdaşlıq perspektivləri müzakirə edilib və Şuranın fəaliyyəti ilə bağlı üzv dövlətlər qarşısında duran vəzifələr haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə Xəlil Akıncı Elmar Məmmədyarova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bayrağını təqdim edib.