Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir R.Hafizoğlu/
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu bildirib ki, Suriya Prezidenti Bəşşar Əsəd hakimiyyəti tərk etməlidir. Bu barədə Trend şənbə günü İƏT-in məlumatına istinadən xəbər verir.
İhsanoğlunun sözlərinə görə, Əsəd ölkədə baş verən hadisələrin əsas günahkarıdır.
"Bu hadisələr təkcə Suriya üçün deyil, həm də bütün region üçün təhlükə törədir", - o qeyd edib.