...

Ermənistan Konstitusiya Məhkəməsi Paruyr Hayrikyanın ərizəsinə bu gün baxacaq

Siyasət Materials 11 Fevral 2013 12:41 (UTC +04:00)
Konstitusiya Məhkəməsi prezidentliyə namizəd Paruyr Hayrikyanın ərizəsi əsasında işin icraata alınması məsələsinə əriznənin verilməsindən 24 saat sonra, yəni bazar ertəsi saat 16:30-a qədər baxacaq.
Ermənistan Konstitusiya Məhkəməsi Paruyr Hayrikyanın ərizəsinə bu gün baxacaq

Azərbaycam, Bakı, 11 fevral /Trend/

Konstitusiya Məhkəməsi prezidentliyə namizəd Paruyr Hayrikyanın ərizəsi əsasında işin icraata alınması məsələsinə əriznənin verilməsindən 24 saat sonra, yəni bazar ertəsi saat 16:30-a qədər baxacaq. Trend "Armenia Today"ə istinadən məlumat verir ki, bunu KM-in mətbuat xidməti Hovannes Papikyan deyib.

Xatırladaq ki, bazar günü Ermənistan prezidentliyinə namizəd Paruyr Hayrikyan seçkilərin 2 həftə təxirə salınması xahişi ilə Konstitusiya Məhkəməsinə müraciət edib. Hələ ərizə verməzdən əvvəl isə Hayrikyan jurnalistlərlə söhbətində bildirib ki, yanvarın 31-də ona qarşı törədilən sui-qəsd nəticəsində o, 10 gün ərzində seçkiqabağı kampaniya keçirmək imkanından məhrum olub. Bununla yanaşı, yaxın iki gün ərzində müxalifətdən olan namizədlərin birləşəcəyi halda, o, Konstitusiya Məhkəməsindən öz ərizəsini geri götürməyə hazır olduğunu bildirib.

Ermənistan Konstitusiyasına əsasən, hər hansı prezidentliyə namizədin seçkilərdə iştirakına maneələr yaradılarsa, seçkilər iki həftə müddətində təxirə salınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti