...

Ermənistanda adamların seçki məntəqələrinə "gətirilməsi" halları qeydə alınır

Siyasət Materials 18 Fevral 2013 12:48 (UTC +04:00)
Ermənistanda yenidən sarı dövlət nömrə nişanlı mikroavtobuslarda adamların seçki məntəqələrinə "gətirilməsi" halları qeydə alınır.
Ermənistanda adamların seçki məntəqələrinə "gətirilməsi" halları qeydə alınır

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Ermənistanda yenidən sarı dövlət nömrə nişanlı mikroavtobuslarda adamların seçki məntəqələrinə "gətirilməsi" halları qeydə alınır. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" yazır.

"Mülki Cəmiyyət İnstitutu" QHT xəbər verir ki, saat 09:45-10:45-da 9/27 və 9/28 seçki məntəqələrinə 0858 sarı dövlət nömrə nişanlı mikroavtobuslarda adamlar qrup halında gətirilib. Bununla yanaşı, göstərilən təşkilat Seçki Məcəlləsinin digər pozulma hallarını da qeydə alıb.

Belə ki, 9/15 saylı seçki mənbtəqəsində müşahidəçi seçki komissiyası sədrinin hakim Ermənistan Respublika Partiyasının döş nişanını gəzdirdiyini müşahidə edib.

Yerevandakı 9/4 saylı seçki məntəqəsində komissiya sədri seçki mənntəqəsindən çıxıb və bunu səs vermək niyyəti ilə etdiyini və 10 dəqiqədən sonra qayıdacağını vəd edib. Ermənistanın Seçki Məcəlləsinə görə, seçki məntəqəsində səsvermənin gedişini komissiyanın rəhbəri təmin edir və o olmadıqda işi kimin təşkil edəcəyi göstərilmir.

14/21 saylı seçki məntəqəsində müşahidəçi adamların toplandığını müşahidə edib. O, komissiya sədrinə müraciət edib və sədr bir neçə nəfəri məntəqədən çıxarıb. SM-in 63-cü maddəsinin 33-cü bəndinə görə, seçki məntəqəsində 15 nəfərdən artıq adam olmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti