...

Ermənistan prezidentliyinə keçmiş namizəd Konstitusiya Məhkəməsinə şikayət etmək istəyir

Siyasət Materials 20 Fevral 2013 14:42 (UTC +04:00)
Öz seçkiqabağı kampaniyasını vaxtından əvvəl dayandıran və səsverməni boykot etməyə çağıran Ermənistan prezidentliyinə keçmiş namizəd Arman Melikyan seçkilərin nəticələrinə etiraz etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilər.
Ermənistan prezidentliyinə keçmiş namizəd Konstitusiya Məhkəməsinə şikayət etmək istəyir

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Öz seçkiqabağı kampaniyasını vaxtından əvvəl dayandıran və səsverməni boykot etməyə çağıran Ermənistan prezidentliyinə keçmiş namizəd Arman Melikyan seçkilərin nəticələrinə etiraz etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Trend Ermənistan KİV-ə istinadən məlumat verir ki, bu barədə o bu gün keçirilən mətbuat konfransında bəyan edib.

O, öz addımını KM-ə etibar etməməsi ilə deyil, beynəlxalq instansiyalara müraciət üçün əsas əldə etmək zərurəti ilə əlaqələndirib.

Melikyan bəyan edib ki, ötən "seçki sirki"ndə bu cinayəti qanuniləşdirən beynəlxalq müşahidəçilər də iştirak edib: "Onların müəyyən hissəsi bundan daimi qazanc əldə edirlər".

Raffi Ovannisyanın Azadlıq meydanında təşkil edəcəyi mitinqə gəldikdə Melikyan orada iştirak etməyə hazırlaşmadığını bildirib.

"Raffi Ovannisyan və bəzi başqa namizədlər bu sirkdə iştirak etdilər və onu qanuniləşdirdilər. İndi onlar davadan sonra yumruqlarını yellətmək istəyirlər, amma artıq onlarda heç nə alınmayacaq. Onlar bilirdilər ki, seçkilər saxtalaşdırılacaq, amma iştirak etməyə hazır idilər", - Melikyan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti