...

Yerevan Dövlət Universitetində tətil: tələbələr rejimin istefasını tələb edirlər

Siyasət Materials 25 Fevral 2013 13:57 (UTC +04:00)
Yerevan Dövlət Universitetinin mərkəzi binasının qarşısında hazırkı rejimə etiraz edən tələbələr toplaşıb.
Yerevan Dövlət Universitetində tətil: tələbələr rejimin istefasını tələb edirlər

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Yerevan Dövlət Universitetinin mərkəzi binasının qarşısında hazırkı rejimə etiraz edən tələbələr toplaşıb. Trend Ermənistan KİV-ə istinadən məlumat verir ki, onlar "Hamınız ayağa qalxın!", "Yaşasın tətil!", "Yaşasın ədalət!" kimi çağırışlar səsləndirirlər.

YDU-nun prorektoru Ruben Markosyan tələbələri auditoriyalara getməyə çağırıb və hər hansı bir şərh verməkdən imtina edib.

Hazırda YDU-nun ərazisində 500-ə yaxın tələbə toplaşıb. Onlar ədalət bərqərar olmayınca məşğələlərdə iştirakdan imtina edirlər.

Universitet ərazisində çoxlu sayda polis əməkdaşları da toplaşıb. Onlar baş verənləri videokamera ilə lentə alırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti