...

Ermənistan prezidentliyinə keçmiş namizəd MSK-ya qarşı iddia irəli sürüb

Siyasət Materials 28 Fevral 2013 15:19 (UTC +04:00)
Ermənistan prezidentliyinə keçmiş namizəd, "İrs" partiyasının lideri Raffi Ovannisyan fevralın 27-də Ermənistan İnzibati məhkəməsinə Mərkəzi Seçki Komissiyasının fəaliyyətsizliyi ilə bağlı şikayət ərizəsi təqdim edib.
Ermənistan prezidentliyinə keçmiş namizəd MSK-ya qarşı iddia irəli sürüb

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Ermənistan prezidentliyinə keçmiş namizəd, "İrs" partiyasının lideri Raffi Ovannisyan fevralın 27-də Ermənistan İnzibati məhkəməsinə Mərkəzi Seçki Komissiyasının fəaliyyətsizliyi ilə bağlı şikayət ərizəsi təqdim edib. Bu barədə Trend .am-a istinadən məlumat verir.

"İrs" partiyasının lideri MSK-nın 25 fevral tarixli qərarının etibarsız hesab edilməsini tələb edir və MSK-nın prezidentliyə namizəd Serj Sarkisyanın seçkiqabağı xərclərinə 1600-dən artıq seçki qərargahının icarəsi və təbliğat plakatlarının hazırlanması xərclərinin əlavə edilməsini tələb edir.

İnzibati məhkəmədə işə hakim Karen Avetisyan baxacaq. İclasın tarixi hələ müəyyən edilməyib.

Qeyd edək ki, Raffi Ovannisyan seçkilərin nəticələrini tanımır və fevralın 20-dən Yerevanda və Ermənistanın vilayətlərində mitinqlər keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti